x

TƏKLİF AL

Polimer Aksessuarlar

Stadionlar və digər idman qurğuları üçün oturacaqlar

PMZ-də stadionlar və digər istənilən açıq və qapalı idman qurğuları və konsert zalları üçün keyfiyyətli oturacaqlar hazırlanır. Bu oturacaqlar erqonomik və yaraşıqlı dizayna malikdirlər, sadə quruluşu , asan quraşdırılması və uzunmüddətli istismarı ilə fəqlənirlər.

Stadionlar üçün polipropilen oturacaqlar istənilən səth üzərinə 4 yerdən bolt vasitəsilə birləşdirilə bilər. Sonra bu birləşmə yerləri PP bolt qapaqları vasitəsilə örtülür. Oturacaqların quraşdırılması və istismarı barədə aydın və açıq şəkildə yazılmış təlimat da məmulatın üzərinə əlavə olunur. Bundan əlavə şirkətin mütəxəssisləri ölkənin istənilən nöqtəsində,habelə, lazım gəldikdə yaxın və uzaq xarici ölkələrdə bu oturacaqların quraşdırılmasını həyata keçirməyə və ya dəyərli məsləhətlər verməyə hazırdırlar.

Kənd təsərrüfatı məhsulları üçün PE qutular

Kənd təsərrüfatı məhsullarının qorunub saxlanması prosesində tara və qablaş-dırılmanın əhəmiyyəti böyükdür. Qablaşdırma texnologiyasının təkmilləşməsi bu məhsulların daşınması və saxlanılması zamanı yaranan itkilərin qarşısını alır və məhsulun keyfiyyətinin qorunub saxlanmasını təmin edir. Məlumdur ki, ərzaq məhsullarının və malların daşınması və qorunub saxlanılmasında ən effektiv vasitə çoxişlənən plastik taralardır.

Uşaqlar və böyüklər üçün qatlana bilən stol və stullar

Uşaqlar və böyüklər üçün qatlana bilən stol və stullar möhkəm polipropilen xammalından hazırlanır. Onların çəkicə yüngül, möhkəm, kompakt, müxtəlif rənglərdə, ən başlıcası isə kənar tinlərinin iti olmaması əsas üstünlükləridir. Təbiət qoynunda dincələn zamanı, balıq tutanda, bağda, başqa sözlə, turizmin bütün növlərində (hətta qayıqsürmə turizmi növündə sınaqdan keçirilmişdir !) onlardan istifadə etmək mümkündür. İstifadə edilməsi çox sadədir.Bunlar qatlana bildikləri üçün avtomobilinizin baqajının bir küncündə, kiçik bir yerdə yerləşdirmək olar. Əgər avtomobiliniz yoxdursa, bunların daşınması çətinləşmir, əlcək yerinin olması onların əllə daşınmasını asanlaşdırır.