x

TƏKLİF AL

STANDARTLARIMIZ

Beynəlxalq Standard ISO 9001

2012-ci ilin dekabr ayında Sumqayıt Texnologiya Parkı ISO 9001: 2008 keyfiyyət sertifikatına layiq görülmüşdür . Bu sertifikat STP idarəetmənin və təşkilati inkişafın səmərəliliyini təsdiq edir , o cümlədən də: 

Müştərini diqqətə alaraq, STP son istifadəçinin tələb və ehtiyaclarına yönəlik iş proseslərini təşkil edirdi. Məsələn, Ümumi İdarəetmə Nəzarətinin tətbiq edilməsi və daima yeni texnologiyaların cəlb edilməsi səmərəliliyi və eyni zamanda istehsal edilən məhsulun keyfiyyətini artırır .

Biz partnyorlarımızın qayğısına qalırıq. Çatdırılmanın təşkilinin fasiləsiz təkmilləşdirilməsi, lazımi sənədlərin təqdim edilməsi, müqavilə şərtlərinə riayət etmə  

İş proseslərinin və istehsal güclərinin fasiləsiz təkamülü şəraitində istehsal və biznes texnologiyalarının inkişafı. Əsas rəhbər prinsip aparıcı avropa şirkətlərindən sınanmış texnologiyalarının, eləcə də aparıcı kompüter və informasiya texnologiyalarının istifadəsidir .   

Biz istehsal və kadr infrastrukturunun yaxşılaşdırılmasına yönəlik fasiləsiz analitik nəzarətin təşkil edilməsinə xüsusi diqqət yetiririk.    

Müştərilərin şikayətlərinə reaksiya, müvafiq nəticələr , çatışmazlıqların aradan qaldırılması üzrə aydın və səmərəli tədbirlər .

Beynəlxalq Standard OHSAS 18001

МBeynəlxalq standart OHSAS 18001 – işçi heyətin sağlamlığının və təhlükəsizliyinin idarəetmə sistemlərinin işlənib-hazırlanması üçün nəzərdə tutulmuş standartdır. OHSAS 18001 abbreviaturası Occupational Health and Safety Management Systems, yəni peşə sağlamlığının idarəetmə sistemi kimi açıqlanır.

OHSAS 18001 standart sertifikatını əldə edərək, STP şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə istehsal proseslərinin işçi heyətin sağlamlığı və iş qabiliyyəti üçün təhlükəsinin azaldılması üzrə daimi işini təsdiq etdi. Fəaliyyətimizin müvəffəqiyyəti, istənilən biznes layihələrinin həyata keçirilməsi yalnız mümkün fors-major halların ümumi nəzarəti şəraitində mümkündür. İstehsalatın insan sağlamlığına təhlükəsizliyinin düzgün qurulmuş menecmenti qəza və bədbəxt hadisələrin nəticələrini, o cümlədən də iqtisadi nəticələrini minimuma endirir.

Təhlükəli istehsal amillərinə nəzarətin tətbiq edilməsi və daim təkmilləşdirilməsi

İstehsal prosesində yaranan risklərin idarə edilməsi

Bədbəxt hadisələrin, qəzaların və gözlənilməyən halların qarşısının alınması

Əməyin mühafizəsinin və təhlükəsizliyin idarəetmə sistemlərinin mövcud idarəetmə sistemləri ilə inteqrasiyası



“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Ekologiya sahəsindəki strategiyası